Fərid Namazov yenidən "İmişli"də

2.07.2026 21:20 41
Ölkə futbolu
"İmişli"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, premyer-liqa təmsilçisini Fərid Namazov çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA Pro kateqoriyalı məşqçi karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla çalışıb.

Fərid Namazov "İmişli" ailəsinə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/25 mövsümündə premyer-liqaya vəsiqə qazanıb.