"Kəpəz"də daha bir ayrılıq

2.07.2026 15:25 11
Ölkə futbolu
"Kəpəz" daha bir futbolçu ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, müqaviləsi başa çatan Fərid Nəbiyev komandanı tərk edib.

26 yaşlı yarımmüdafiəçi ötən mövsüm Misli Premyer Liqasında və kubokda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qol vurub. O, 2025-ci ilin iyul ayından "Kəpəz"də çıxış edirdi.

Yay fasiləsində Rauf Hüseynli və Məmməd Hüseynov da "Kəpəz"dən ayrılıb.