“Şamaxı” azarkeşləri narahat olmasın” – 18 ayrılıqdan sonra cəmi 5 transfer edilməsinə reaksiya

2.07.2026 14:53 47
Ölkə futbolu / Aktual
Düzdü, hələ bütün premyer-liqa klubları yay “tranfser pəncərəsi”ndən yararlanmağa başlamayıb. Ancaq “Şamaxı” ilə bağlı durum daha qəribədi. Ona görə ki, mövsüm başa çatandan sonra baş məşqçi Ayxan Abbasovu Azər Bağırovla əvəz edən “şirlər” həm də 18 futbolçuyla vidalaşdı. Amma hələ cəmi 4 futbolçu transfer edilib.

Premyer-liqada yeni “futbol ili”nin avqustun 14-də başlayacağını nəzərə alsaq, narahat olmağa dəyər. Axı maliyyə imkanları böyük olmayan, elitada yerini qorumağa çalışacaq komanda mövsümə daha hazırlıqlı olmalıdı.

Bəs, buna nə mane olur? Transferlər niyə yubanır?

Bu sualları komandanın baş məşqçisi Azər bəyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Hansısa problemdən söhbət getmir. Transfer çalışmaları davam edir. Danışıq apardığımız oyunçular var. Əsas məqsəd yerli və gənc futbolçulara üstünlük verməkdi. Legionerlərlə də danışırıq. Yaxın günlər də transferlər reallaşacaq. “Şamaxı” azarkeşləri narahat olmasın. İşlər plan üzrə gedir”.

KƏNAN BAHADIR