“Təəssüfləndiyim oyunçulardan biri Medinadı”

2.07.2026 18:45 33
Ölkə futbolu / Aktual
“Qarabağ” mövsümlərarası dövrdə həm gedənlər, həm də gələnlər mənasında heyətdə köklü dəyişikliklərə əl atıb. İndiyə qədər heyətə 6 yeni futbolçu qatılıb, gedənlərin sayı isə 8-di.

Bəs belə radikal islahatları azarkeşlər necə qarşılayır:

“Football-plus.az” bu sualla bağlı “Qarabağ” azarkeşi, “İmarət”in fəallarından Elnur Quliyevlə əlaqə saxlayıb:

“Gedənlərin böyük əksəriyyətindən razıyıq. Komandanın Çempionlar Liqasında və yerli liqada, öncəki mövsümlərdə uğurlu çıxışında əziyyətləri olub. İstənilən halda komandada əziyyətləri var. İnşallah, getdikləri klublarda uğurlu çıxış edərlər. Təəssüfləndiyim oyunçulardan biri Medinadı. Əzmkarlıqı, peşəkarlığı və müdafiədə etibarlı çıxışı ilə seçilirdi. Gələnlərin rəsmi oyunlarını görməmişik. Bu haqda nəsə deyə bilmərəm. Elə futbolçular var ki, yayda gəlib, yalnız mövsümün ikinci yarısında özünü göstərə bilib. Buna görə də 2-3 ay vaxt lazımdı ki gələn legionerlərin səviyyəsini öyrənək”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul