Bəs başqa elita klublarında “Qarabağ” standartlarına uyğun futbolçular varmı?
“Football-plus.az” bu suala cavab tapmaq üçün menecer Emil Şükürovla əlaqə saxlayıb:
“Qarabağ”ın öz akademiyası var. Maşallah, son illər onlara çəkilən əziyyət, xərc və sərf olunan vaxtın qarşılığını verirlər. Ən azı ilk “3-lük” uğrunda mübarizə apara bilən U-19, U-20 komandaları, əvəzedici heyəti var. Bildiyimə görə, Qurban Qurbanov Avstriya toplanışına da artıq iki oyunçunu cəlb edib. “Qarabağ” kimi komandalar daha zəif, yəni 2-ci “6-lıq”da mübarizə aparan komandaların heyətində parlayan futbolçuların xidmətində maraqlı ola bilərlər. O da, yəqin ki, qapıçı yox, meydanın mərkəzində çıxış edən futbolçu olar. Konkret ad çəkə bilməyəcəm”.
İSRAYIL XEYRULLAYEV




