Andrade qol vurdu, "Sabah" böyük hesabla uduzdu

2.07.2026 20:55 22
Ölkə futbolu
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Ukrayna “Polesye”si ilə qarşılaşıb. Matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ"dan Ukrayna təmsilçisinin heyətinə yeni transfer olunan Leandro Andrade matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, "Sabah" daha öncə hazırlıq prosesi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” və Macarıstanın “Ferentsvaroş” klubu ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.