"Daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik"

2.07.2026 23:53 14
Ölkə futbolu
"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın ÇFR klubu ilə ilk yoxlama oyununa (1:2) çıxıb.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Yuri Vernidub matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Təlim-məşq toplanışında ilk yoxlama görüşümüz idi. Bunadək yalnız öz aramızda ikirətəfli oyun keçirmişdik. Çalışdıq ki, futbolçuların çoxuna şans verək, mümkün qədər hamını iş başında görək. Fərqli-fərqli hissələr oldu. Breno Almeydanın belində yüngül narahatlığı var idi, bu səbəbdən meydana buraxmadıq. Alessio Kurçi isə matç zamanı çiynindən zədələndi, vəziyyəti indi qiymətləndirilir. Gənc oyunçulara da şans verdik. Ümumilikdə oyundan razı qaldım. Rəqibimiz güclü və keyfiyyətli komanda idi. Bəzi səhvlər üzərində işləyəcəyik, getdikcə artıracağıq. Növbəti oyunlarda daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul