“Əsas məqsədi legioner həyatı yaşamaqdı” – Şahin Diniyevdən Coşqun haqda açıqlama

2.07.2026 16:52 39
Ölkə futbolu / Aktual
“Araz-Naxçıvan”ın bu yaxınlarda yollarını ayırdığı futbolçular sırasında Coşqun Diniyev də var. “Qırmızı-ağlar” mövsümün əvvəlində bir il müddətinə anlaşdığı yarımmüdafiəçi ilə yola davam etmək istəmədi.

Bəs, Coşquna təkliflər varmı? Təcrübəli oyunçu karyerasını harda davam etdirmək istəyir?

Bu suallarla onun atası Şahin Diniyevə müraciət etdik. Mütəxəssisin “Football-plus.az”a dedikləri:

“Bəli, Coşqun hazırda klubsuzdu. Əsas məqsədi legioner həyatı yaşamaqdı. Bu işlərlə agenti məşğul olur. Klublarla danışıq aparır. Böyük ehtimalla, qarşıdakı günlərdə yenilik olacaq”.

Xatırladaq ki, Coşqun karyerası ərzində ölkəmizdə “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə”nin də formasını geyib. O, Türkiyədə “Ümraniyəspor”, “Bandırma Spor” və “Çorum”da legioner həyatı yaşayıb.

KƏNAN BAHADIR