"Sumqayıt” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, Emil Mustafayevin müqaviləsinin müddəti uzadılıb.
24 yaşlı yarımmüdafiəçi ilə iki illik yeni sözləşmə imzalanıb.
Emil Mustafayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edir. Millimizin üzvü "kimyaçılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.