Futzal üzrə yüksək liqada 19-cu turun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, günün ilk matçında lider “Neftçi” mükafatlar uğrunda mübarizə aparan “Baku Fire” ilə qarşılaşıb. “Ağ-qaralar” rəqibini 5:1 hesabı ilə məğlub edib.
Günün ikinci oyununda “Araz-Naxçıvan” 12:2 hesabı ilə U-19 yığmasına qalib gəlib.
Bu tur 3 xalı meydana çıxmadan “Şuşa” hesabına yazdırıb. Belə ki, “Lənkəran” çempionatda artıq çıxışını dayandırdığına görə, qələbə “Şuşa”ya verilib.
19 turdan sonra “Neftçi” 52 xalla liderdi. “Araz-Naxçıvan” 49 xalla ikinci sıradadı.