Futzal üzrə yüksək liqada 10-cu turun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, günün ilk matçında U-19 “Lənkəran”ı 8:5 hesabı ilə məğlub edib.
Turun mərkəzi görüşündə ölkə çempionu “Araz-Naxçıvan” “Neftçi”yə 5:4 hesabı ilə qalib gəlib.
Günün son qarşılaşmasında “Baku Fire” “Şuşa”nı üstələyib - 6:2.
Xal durumu: Neftçi – 25, Araz-Naxçıvan – 22, Baku Fire – 20, Şuşa – 12, U-19 – 6, Lənkəran – 0.