"Baku Fire" və "Araz-Naxçıvan" qalib gəldi

3.04.2025 18:51 9
İdman
Futzal üzrə yüksək liqanın 14-cü turunun iki matçı keçirilib.

"Football-plus.az" xəbər verir ki, "Araz-Naxçıvan" "Neftçi" İK klubunu (5:4), "Baku Fire" isə "Yasamal Bakı"nı (11:3) məğlub edib.

Hər iki görüş "Olimpik Star"da baş tutub. Bu nəticədən sonra "Baku Fire" 35 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 34 xala malik "Araz-Naxçıvan" ikinci sıradadı.

Qeyd edək ki, 14-cü turun "Şuşa" - U-19 oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.