• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vinisius “Qızıl top” almadığına görə məhz özünü suçlamalıdı!

Dünya futbolu

8-11-2024, 17:0

Builki “Qızıl top”la bağlı süjet necə də dramatik alındı!

Çoxdan belə hal olmamışdı ki, mərasimə cəmi bir neçə saat qalmış futbol dünyası hadisələrin axarının dəyişməsindən xəbər tutsun, mükafatı çoxsaylı insayderlərin proqnozlaşdırdığı futbolçu yox, başqası alsın. “Real”ın nümayəndə heyəti Parisə uçuşdan son anda imtina etməyib ora yollansaydı, hansı gərginliyin yaşana biləcəyini təsəvvür edirsizmi?

Gəlin ədalətli olaq: qalmaqalçı Vini ilə intelligent Rodri nə qədər təzadlı obrazlar olsa da, sırf futbol baxımından hər biri mükafata eyni dərəcədə layiq idi. Ancaq ən yaxşının seçimini tənzimləyən meyarlar arasında daha bir vacib bənd var ki, məhz ispaniyalının üstünlüyünü təmin edir.

Titullar baxımından Vinisiusla Rodri bərabərdi. “Real”ın vingeri İspaniya çempionluğunu və Superkubokunu, Çempionlar Liqasını qazanıb, ancaq yığması ilə Amerika Kubokunda uğursuzluq yaşayıb. Rodrinin hesabında premyer-liqa və Avropa çempionluğu, UEFA Superkuboku var. Onun çatışmazlığı kimi komandasının ÇL-də mübarizəni artıq 1/4 final mərhələsində dayandırmasını göstərmək olar.

Fərdi uğurlar baxımından da təxmini bərabərlik hökm sürür. Vininin dəlilləri ÇL-in pley-offundakı həlledici qollar və “Barselona” ilə İspaniya Superkuboku uğrundakı oyunda het-trik etməsidi. Rodri isə İngiltərə çempionatında və qitə birinciliyində möhtəşəm oyun göstərib. Bu futbolçular arasındakı mövqe fərqini də unutmayaq. Braziliyalı hücumameyilli vinger mövqeyində çıxış edir, ispaniyalı isə tipik dayaq yarımmüdafiəçisidi.

Ancaq daha bir önəmli məqam var – ləyaqət və vicdanlı oyun. Və bu meyar baxımından “Qızıl top”a əsas iddiaçılar arasında uçurum var idi. Xaraker baxımından bu dərədəcə fərqli iki futbolçunu təsəvvür etmək çətindi. Rodri təvazökar oğlandı, hətta La Liqada çıxış edəndə də yataqxanada yaşayıb, ali təhsil alıb, işlənmiş “Opel Corsa” ilə daim valideynlərinin yanına tələsib. Meydanda onun ifasında hansısa vicdansızlığı xatırlamaq çətindi. Rodri hətta “sürüşmə” fəndinə də nadir hallarda əl atır, bunu səliləqi və təmiz edir. Vinisius isə böyüklər arasında cəmi bir neçə oyun keçirəndən sonra, 18 yaşını tamamlamadan “Real”la müqavilə imzalayan “qızıl oğlan”dı. Özünəvurğun və naz-qəmzəli, ifadə seçimində çəkinməyən birisidi. Demək olar ki, hər oyunda kameralar dodağının altında mızıldanan, hakimlərin ünvanına nəsə deyən Vinisiusu iri planda göstərir. İstənilən toqquşma və ya fol onun hakimlərə irad bildirməsi və ya rəqiblərlə itələşməsi üçün əsas rolunu oynayır.

Messi və Ronaldo da zamanında ayağına çoxlu zərbə alırdı. Ancaq Leo, demək olar ki, heç vaxt “partlamırdı”. Simulyasiya həvəsinə rəğmən, Krişitiano da hakimin üzünə barmaq silkələmirdi, meydanda kütləvi toqquşmaların səbəbkarı olmurdu. Bax, Vinisiusla gerçək, böyük idmançılar arasındakı əsas fərq bundan ibarətdi.

İqrçilik mövzusunun da xüsusi yeri var. “Real”ın ulduzu bu anyayışla fəal şəkildə mübarizə aparır, onun ksenofobiya ilə mübarizəsini alqışlamağa dəyər. Ancaq ən azı iki mübahisəli məqam var. Bunlardan birincisi onun əl atdığı metodlardı. Vinisius bəyənmədiyi istənilən adama irqçi deməyə hazırdı. Və La Liqanın irqçilərə məxsus, İspaniyanı isə dünya çempionatından məhrum etməyin yaxşı olduğu haqda dedikləri onun imicinə qətiyyən müsbət xallar gətirmir. İkinci bənd səbəb-nəticə əlaqələridi. Axı trubunaların təhqiri daha çox Vinisiusun meydandakı davranışından doğur və onu özündən çıxarmaq yoludu. Əlbəttə, bu, heç bir halda futbolçunu “meymun” adlandıranlara haqq qazandırmır, ancaq irqçi təzahüratlar azarkeşlərin Viniyə nifrətini göstərməyin formalarından biridi. Onun komanda yoldaşı Bellingem İspaniyada keçirdiyi ilyarım ərzində nədənsə bir dəfə də irqçiliklə üzləşməyib. Eləcə də yeni mövsümdən Madriddə çıxış etməyə başlayan Mbappe. Bütün bunlar düşünmək üçün əsasdı.

“France Football”un baş redaktoru Vensan Qarsiya bunu da doğru deyir ki, Vinisiusa həm də “Real”dan mükafata iddialıların çoxluğu mane olub – “top-5”də Bellingemlə Karvaxal da var idi, Kroos da ilk “10-luğ”a düşüb. Bu isə komandanın gerçəkdən möhtəşəm mövsüm keçirdiyini, heyətində bir neşə həlledici ifaçının olduğunu göstərir. Amma Rodri “Mançester Siti”nin (xüsusən də Holann ilə De Bruynenin zədəsi fonunda) və heyətində AÇ-nin ən yaxşı futbolçusu sayıldığı İspaniya yığmasının əsas qəhrəmanı idi.

Çətin ki, “feyr-pley” ilə bağlı bənd Vinisiusla Rodri arasında gedən birinciik mübarizəsində yeganə müəyyənləşdirici amil rolunu oynaya. Ancaq bu amilin də böyük rol oynadığına şübhə etməyə dəyməz. Və bu, bütün dünyaya ünvanlanan mesajdı: meydanda möhtəşəm nəticələr göstərmək kifayət deyil, əsl idmançı bundan da artıq keyfiyyətlətin daşıyıcısı olmalıdı.

Yeri gəlmişkən...
“Qızıl top”a iddia edənlərin “30-luğ”unda Vinisiusla yanaşı, “Real”ın bu oyunçuları da yer almışdı: Karvaxal, Rüdiger, Mbappe, Valverde, Bellingem və karyerasını bitirən Kroos.

Münasibət
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Mançester Siti” və bütün azarkeşlər Pedri ilə qürur duyur. Ötən il heç təsəvvür edə bilməzdik ki, “Siti”nin oyunçusu belə mükafat qazanacaq. Ümid edirəm ki, bu mükafat ona növbəti mövsümə hazır olmaq üçün enerji verəcək. Təsəvvür edin ki, “Qolden Steyt” Stefen Karrisiz, “Barselona” isə çiçəklənən vaxtında Lionel Messisiz oynayır – hər şey başqa cür olardı! Onlar daha zəif olardı. Bizdə olduğu kimi... Rodri əvəzolunmazdı”.


Kərim Benzema, “Əl-İttihad”ın hücumçusu:
“Real” ötən mövsüm Çempionlar Liqasını qazananda Vinisius hər matçda həlledici oyunçu idi. Düşünmürəm ki, kimsə “Qızıl top”u ondan daha artıq dərəcədə haqq edib. Rodrinin əleyhinə deyiləm, o, yaxşı oyunçudu, ancaq mən divanda oturub futbola baxanda Rodridən elə hərəkət görmürəm ki, “vau” deyim. Vinisius isə dəfələrlə belə edib. Ümid edirəm ki, o, mənəvi cəhətdən güclüdü. Dünən Vini ilə danışdım, işinə köklənib. Bir gün “Qızıl top” alacaq. Bütün dünya sənə “Qızıl top”u qazanacağını deyir, günün sonunda isə sənə deyirlər ki, qələbə qazanmamısan – çox ağırdı”.

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu

29-10-2024, 22:0

“Qızıl top”un təsisçisi heç vaxt jurnalistlərə kimə səs verməklə bağlı nəsə deməyib, deməz də” – niyə Vinisius yox, Rodri?

Dünya futbolu

29-10-2024, 01:0

Rodri “Qızıl top”u qazandı, “Real” tədbiri boykot etdi

Dünya futbolu

31-10-2024, 15:0

Benzemadan Vinisiusa dəstək: ''Rodri məni həyəcanlandırmır''

Dünya futbolu

8-11-2024, 17:0

Vinisius təntənəli məclisi ləğv etdi, “Real” UEFA ilə münaqişəyə girdi

Dünya futbolu

18-05-2024, 11:0

Vinisius “Qızıl top” uğrunda mübarizədə favoritdi

Dünya futbolu

4-11-2024, 19:0

Ançelottinin təşəbbüsü boykota yol açıb

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyiri" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:55
    "Dinamo-Minsk" "Neftçi"ni 4 qolla məğlub etdi - YENİLƏNİB
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
  • 21-07-2026, 23:0
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • 21-07-2026, 23:0
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • 21-07-2026, 22:0
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
Daha çox
Oxunub: 189
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 132
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə