Dünən Yunanıstan kubokunun qalibi müəyyənləşdi.
“Football-plus.az” xəbər verir ki, həlledici görüşdə ''Panatinaikos'' ilə ''Aris'' qarşılaşdı. Məlum olduğu kimi bir müddət öncə ''Panatinaikos'' ardıcıl uğursuz nəticələr üzündən tanınmış türkiyəli mütəxəssis Fatih Terimlə yollarını ayırmışdı. Komanda kubokun finalına məhz ''İmperator''un başçılığı altında yüksəlmişdi. Amma həlledici oyuna Afina nəhəngi Xristos Kontisin başçılığı altında çıxdı. Oyunda yeganə qol əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə vuruldu. Georgios Vayannidisin qolu ''Panatinaikos''a dramatik qələbə qazandırdı. Komanda tarixində 20-ci dəfə ölkə kubokuna sahib çıxdı. Amma ''Pana'' 2010-dan bəri davam edən çempionluq həsrətinə heç cür son qoya bilmir. Terim də məhz bu üzdən qovuldu. ''Ağ-yaşıllar'' daxili çempionatda mövsümü 4-cü pillədə tamamladılar. Onu da bildirək ki, kubokun finalını fransalı xanım hakim Stefani Frappar idarə etdi. Gərgin qarşılaşmada Frappar cibindən 9 sarı, 3 qırmızı vərəqə çıxarmalı oldu. ''Aris'' oyunu 9 futbolçu ilə tamamladı.
ƏLİ