“Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Son klubu Portuqaliyanın “Şaves” kollektivi olan cinah müdafiəçisi Tiaqo Almeyda ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı portuqaliyalı futbolçu “21” nömrəli formada çıxış edəcək.