Terim Luçeskudan qisasını aldı

15.02.2024 12:15 220
Dünya futbolu
Dünən Yunanıstan kubokunun yarımfinalının ilk oyunu çərçivəsində iki nəhəng - PAOK və ''Panatinaikos'' üz-üzə gəldi.

Əla formada olan ''Panatinaikos'' səfərdə minimal hesabla qalib gələrək cavab matçı ərəfəsində gözəl üstünlük əldə etdi.

Fatih Terimin komandasına qələbəni 53-cü dəqiqədə sloveniyalı Andras Şporarın qolu qazandırdı. 80-ci dəqiqədə meydan sahiblərindən Tayson, qonaqlardan isə Tasos Bakasetas arasında yaranmış mübahisədən sonra hər iki futbolçu qırmızı vərəqə aldı. Beləliklə, ''İmperator'' Razvan Luçeskudan qisasını almış oldu. Belə ki, yanvarın 28-də Yunanıstan çempionatı çərçivəsindəki matçda PAOK öz meydanında ''Panatinaikos''u məğlub etmişdi (2:1). Terimin komandası həmin uğursuzluqdan bu yana rəsmi matçlarda ardıcıl 4-cü qələbəsini qazandı.

Kubokun cavab oyunu fevralın 21-də keçiriləcək.

ƏLİ