“Neftçi”nin baş məşqçisi Yuri Vernidub sloveniyalı müdafiəçi Kay Sipotun transferində israrlıdı.
“Football-plus.az” xəbər verir ki, bunu ukraynalı jurnalist İqor Burbas iddia edib. Onun yazdığına inansaq, iyulda “Veres”in sloveniyalı mərkəz müdafiəçisi ilə bağlı danışıqlar nəticə verməyib, ancaq “Neftçi” həmin mövqeyə futbolçu almadığına görə yenidən Sipotu ələ keçirmək istəyir.
Transfer 350-400 min avro müqabilində gerçəkləşə bilər. Sipotun appendisit (kor bağırsağın iltihabı) əməliyyatına görə Ukrayna çempionatında yeni mövsümün startını buraxdığını da xatırladaq.
ORXAN