Kriştiano Ronaldo imicini dəyişib.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusu saçını narıncı rəngə boyayıb. Portuqaliyalı ulduz futbolçu yeni görünüşünün fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Xatırladaq ki, Ronaldo 2025/26 mövsümündə bütün turnirlərdə “Əl-Nəssr”in və Portuqaliya yığmasının heyətində keçirdiyi 42 oyunda 36 qol vurub.
Yeri gəlmişkən, “Əl-Nəssr” yeni mövsümə avqustun 15-də “Əl-Fateh”lə oyunla başlayacaq. Komanda ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasının qalibi olub.