"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar

15.08.2026 21:48 43
Ölkə futbolu
Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov “Araz-Naxçıvan”nın əsas komandasına baş məşqçi təyin edilib.

"Football-plus.az" xəbər verir ki, rəhbərliyin klubdaxili qərarına əsasən Misli premyer-liqasının 2026/27 mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub.