“Barselona”nı tərk etdi

15.08.2026 12:30 7
Dünya futbolu
Ronald Arauxo “Barselona”nı tərk edib.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi 2026/27 mövsümünü icarə əsasında “Liverpul”da keçirəcək. İngiltərə klubunun mətbuat xidmətinin məlumatında icarə müqaviləsinin iş icazəsinin alınması və beynəlxalq razılaşdırma prosesinin uğurla başa çatması şərti ilə qüvvəyə minəcəyi bildirilib.

2018-ci ildən “Barselona”da çıxış edən uruqvaylı futbolçu hazırda komandanın ilk kapitanıdı. Arauxo bu komanda ilə 8 titul qazanıb.

Onun ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 38 oyunda meydana çıxdığını və 4 qol vurduğunu da bildirək.