Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Vladimir Brajko komandasının “Qarabağ”la oyunda uduzmaqla avrokuboklarda mübarizəni dayandırmasını şərh edib:
“Bizim üçün Avropa mövsümü bitdi. Çox çətin oyun idi. Çoxlu səhvə yol vermədik, ancaq yarım təhlükəli vəziyyətdə qol buraxdıq, xüsusən də birinci hissədə. İlk yarım saat ağır keçdi. İkinci hissədə oyunun axarını bir qədər dəyişdik, təhlükəli vəziyyətlər yaratdıq. Mənim də şansım oldu, təəssüf ki, yararlana bilmədim. Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm, bu üzdən azarkeşlərdən üzr istəyirəm. Heç bir bəraət yoxdu. Qol vursaydım, hər şey başqa cür olacaqdı. İndi başverənləri təhlil etmək və çempionata köklənmək lazımdı, axı bazar günü “Kolos”la oyunumuz var. Həm şəxsən mənim, həm də komandanın mükəmməlləşməsi lazımdı”.
ORXAN