Yunanıstan çempionatında 25-ci turun oyunları keçirildi. Fatih Terimin çalışdırdığı ''Panatinaikos'' ortabab ''Aris''i qəbul etdi.
Qeyd edək ki, Afina nəhəngi son 2 ev oyununda xal itirmişdi. ''Panatinaikos'' doğma ''Apostolos Nikolaidis''də əvvəlcə ''Lamia'', sonra da autsayder ''Kifisia'' ilə 1:1 bərabərə qalmışdı. Bu üzdən ''İmperator''a yönələn tənqidlər artmışdı. Amma bu dəfə ''Panatinaikos'' səhvə yol vermədi. Komanda Bakasetasın erkən qolu və İoannidisin penalti qolu ilə 2:0 hesablı rahat qələbə qazandı.
Digər iddialılar da turu qələbə ilə başa vurdular. ''Pana'' ilə lider AEK arasında 3 xallıq fərq var. Qeyd edək ki, Yunanıstan superliqasının normal mövsümünə həftəsonu yekun vurulacaq. ''Panatinaikos'' OFİ-nin qonağı olacaq. Sonra isə pley-off mərhələsinə start veriləcək. İlk 6 pilləni tutanlar çempionluq, son 8 pillədə qərarlaşanlar isə elitada qalmaq uğrunda pley-offda iştirak edəcəklər.
ƏLİ