Madrid klubu ilə razılığa gəldi

26.08.2026 15:57 7
Dünya futbolu
Kristian Romero karyerasını İspaniyada davam etdirməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, insayder Nikola Skiranın yaydığı xəbərə görə, “Tottenhem”in müdafiəçisi “Atletiko”nun təklif etdiyi şəxsi müqavilə şərtləri ilə razılaşıb. Tərəflər arasında 2030-cu ilin yayına qədər müqavilə üzrə prinsipial razılıq əldə olunub.

Argentina yığmasının 28 yaşlı mərkəz müdafiəçisinin “Tottenhem”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədi. Kristian London klubunun formasını 2021-ci ildən geyir.