“Ayaks”ı növbəti mövsümdən çalışdıracaq məşqçinin kimliyi məlum olub.
“Football-plus.az” xəbər verir ki, Niderland klubu Françesko Farioli ilə anlaşıb.
Farioli “Ayaks”ın tarixinə ilk italiyalı baş məşqçi kimi düşüb. 35 yaşlı mütəxəssis ilə imzalanan müqavilənin müddəti 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub. Apenninli mövsümün sonunda baş məşqçi vəzifəsini tərk edən Con van’t Sxipin yerinə təyinat alıb. Xatırladaq ki, o, amsterdamlıların başına mövsümün gedişində keçmişdi. Komanda eredivizyada 5-ci yeri tutub.
Farioli Niderlanda Fransadan gəlib. Onun əvvəlki komandası “Nitsa” Liqa 1-də son mövsümü 5-ci yerdə başa vurub.