"Kəpəz" Misli premyer-liqasının 1-ci turunda "Sabah"a uduzdu - 0:2.
"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov iştirak etdi.
- Çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda, hər komanda ilə qarşılaşmalıyıq. Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq futbolçularımız çəkinmədi.
- “Kəpəz”ə qayıdışınızdan sonra komandaya yeni futbolçular qoşuldu. Ümumi potensialı necə dəyərləndirirsiz?
- Klubun büdcəsinə baxsaq, bundan pis istifadə etdiyimizi düşünmürəm. Transferlərdən narazılığımız yoxdu.
- “Kəpəz” üçün transferlərin başa çatdığını deyə bilərik?
- Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdü, hazırda yerli futbolçu tapmaq bir qədər çətindi. Ona görə digər istiqamətlərə də müraciət edəcəyik.
"Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
Ölkə futbolu / Manşet





