Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
UEFA-nın açıqladığı siyahıya 4 oyunçu daxil edilib. Onlar Ederson, Ademola Lukman, Davide Zappakosta (hamısı “Atalanta”) və Pyero İnkapyedi (Bayer-04). Həftənin ən yaxşı futbolçusunu azarkeşlər qurumun saytında keçirilən səsvermə yolu ilə seçəcəklər.
Lukmanın qalib gəlmək şansı yüksəkdi. O, “Atalanta”nın 3:0 hesablı qələbəsi ilə nəticələnən oyunda het-trik edib.