Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

28.10.2022 10:52 333
Avropa Liqası
Avropa Liqasında qrup mərhələsinin 5-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

"Footbal-plus.az" xəbər verir ki, bunlar "Real Sosyedad"dan Robert Navarro, PSV-dən Luk de Yonq, AEK-dən Omri Altman və "Renn"dən Amin Giuridir.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.