Musanın komandası İsveç kubokunu qazana bilmədi

2.05.2024 10:30 190
Dünya futbolu / Avropa Liqası
Futbol üzrə İsveç kubokunun final oyunu keçirilib.

Həlledici oyunda “Malmö” ilə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” üz-üzə gəliblər.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabıyla yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan “Malmö” kuboka sahib çıxıb – 4:1.

Musa final matçında sonadək ehtiyatda qalıb. “Yurqorden” finaldan qalib ayrılsa, Qurbanlı İsveç kubokunu qazanmış ilk azərbaycanlı ola bilərdi.