Çempionlar Liqasında namizədlər müəyyənləşdi

14.03.2024 20:20 162
Çempionlar Liqası
Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, UEFA-nın saytının yaydığı məlumata görə, 1/8 finalın son 4 cavab oyunundan sonra namizədlər sırasına David Raya (Arsenal), Pau Kubarsi (Barselona), Yan Oblak (Atletiko) və Ceydon Sanço (Borussiya D) layiq bilinib.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyən ediləcək. Qalibin adı cümə günü açıqlanacaq.