Avropa Liqasında ən yaxşı oyunçu seçildi

12.05.2024 10:30 165
Avropa Liqası
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bu nominasiyada “Atalanta”nın hücumçusu Ademola Lukman qalib gəlib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Lukman yarımfinalın “Marsel” ilə cavab oyununda komandasının 3:0 hesablı qələbəsində 1 qol və məhsuldar ötürmə ilə rol oynamışdı.

O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədi – “Roma”nın qapıçısı Mile Sviları arxada qoyub.