Cud Bellingemin səhhəti ilə bağlı xəbər yayılıb.
“Real”ın zədəli futbolçusunun sıraya dönəcəyi vaxt məlum olub. “Marca” qəzetinin yaydığı xəbərə görə, ingiltərəli yarımmüdafiəçi martın 6-da Çempionlar Liqasında “Leyptsiq” ilə keçiriləcək 1/8 finalın cavab oyununa kimi hazır olacaq. Amma onun La Liqanın 27-ci turunun martın 2-də “Valensiya” ilə keçiriləcək oyunda oynaması risklidi.
20 yaşlı Cud bu mövsüm meydana çıxdığı 29 oyunda 20 qol vurub və 8 məhsuldar ötürmə edib. O, La Liqanın fevralın 10-da “Jirona” ilə keçirilən oyununda zədələnib.