• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Keynin “Bavariya”da “Qızıl top” alması müşkül məsələdi

Dünya futbolu

1-03-2024, 20:0

Harri Keyn 2023-cü ilin yayında “Tottenhem”dən getdi – mükafatsız oturmaq artıq onu cana doydurdu.

"Football-plus.az" xəbər verir ki, yeni klubla bağlı seçimi məntiqli və anlaşılan idi. “Bavariya” sonuncu dəfə uzaq 2011-də mövsümü titulsuz bitirib. Bundan başqa, ingiltərəli Münhenə həm də daha çox titul qazanmaq, deməli, “Qızıl top”u almaq şansını artırmaq ümidi ilə yollanmışdı.

Öz nəslinin ən yaxşı forvardlarından biri dünyaca nəhəng klubla anlaşdı və Avropa çempionatı ərəfəsində möhtəşəm İngiltərə yığmasının lideri sayılır. Oktyabrın sonunda Harri 7 əmsalı ilə “Qızıl top”u almağa iddialıların siyahısında 5-ci yerdə qərarlaşmışdı.

Düzdü, hər şey göründüyü qədər asan deyil. Deyəsən, Keyn səhv edib. Söhbət ilk növbədə “Qızıl top”dan gedir. Hərçənd bundesliqada və başqa turnirlərdə də işlər yaxşı getmir. İş ondadı ki, Münhen klubunun futbolçuları 1981-ci ildən bəri “Qızıl top” qazanmayıb. Onda Karl-Haynts Rummenigge ən yaxşı olmuşdu. Ardından heç kim. Bu müddətdə hətta Dortmund “Borussiya”sından Mattias Zammer də 1996-cı ildə nüfuzlu mükafatı qazanmağı bacarıb.

Almaniya nəhənginin təmsilçiləri 40 ildən artıq müddətdə 6 dəfə top-3-ə düşüb. Noyar, Riberi və Kan (iki dəfə) 3-cü olub, Levandovski ilə Mane qələbənin biraddımlığında dayanıb. Gördüyünüz kimi, 20-ci əsrdə Rummeniggenin zəfərindən sonra Münhen klubunun üzü gülməyib. Almaniya yığması 1990-cı ildə dünya çempionatının qalibi olub, ancaq həmin bundestimin əsas oyunçuları Milan “İnter”inin şərəfini qoruyurdu. Matteus son nəticədə mükafatı qazandı, Breme 3-cü, Klinsmann 6-cı yeri tutdu.

6 il sonra yığma artıq Avropa çempionluğunu qazandı. Məhz həmin komandada Dortmundda oynayan Zammer ağalıq edirdi. Həmin vaxt artıq Münhenə köçən Klinsmann yalnız 5-ci oldu. Yığmalar səviyyəsində nəhəng turnirlər “Qızıl top” məsələsində çox vacib rol oynayır. Almanlar 3-cü minillikdə iki dəfə dünya çempionatının finalında oynayıb, hər dəfə də mükafatın səsverməsində ilk “üçlüy”ə “Bavariya”dan futbolçu – Kan və Noyer düşüb. Avropa və xüsusən də dünya çempionatı keçirilən illərdə mükafata iddialı olmaq üçün bu yarışlarda çox can qoymalısan. Son 10 ildə Almaniyada bu vəzifənin öhdəsindən gəlməklə bağlı daim problemlər yaranır, odu ki, təəccüblü heç nə yoxdu. Ancaq legionerlər də var, onlarla bağlı məsələ bir qədər fərqlidi. Dünyada gerçəkləşmək ehtimalı 100 faizə bərabər olan hadisələrin sayı o qədər də çox deyil. 2020-ci ildə Robert Levandovskinin “Qızıl top” almaq ehtimalı belə hadisələrdən biridi. Səsvermə koronavirusa görə ləğv olunsa da, bu gün də çoxları belə hesab edir ki, polşalı ulduz, sadəcə, “qarət olundu”.
2013-cü ildə Riberi ilə bağlı daha pis hərəkət etdilər. Fransalı aşkar favorit statusu ilə “Qızıl top”a can atırdı, ancaq FİFA Portuqaliya yığmasının dünya çempionatının pley-offunda İsveç üzərində qələbə qazanmasından sonra qəfil səsvermə müddətini uzatdı. Rəsmi səbəb kimi əvvəlcədən müəyyənləşdirilən müddət ərzində səs verənlərin sayının hədsiz az olmasını göstərdilər. Şübhəli və xüsusən də son nəticədə 3-cü yeri tutan Riberi üçün yaxşı olay deyildi, “Qızıl top” isə zənn etdiyiz kimi, Kriştiano Ronaldonun qucağında göründü.

Böyük qalmaqal qopdu. Mourinyo artıq “Qızıl top”un onun üçün mövcud olmadığını dedi. Tyaqo Silva ictimaiyyət önündə coşdu, Ronaldonun 2013-də heç nə qazanmadığını dedi, Frank özü isə bu hadisəni ədalətsizlik və siyasi qərar adlandırdı. Yalnız Kriştiano heç nə anlamırdı: “Platininin səsvermənin mənə görə ləngiməsi haqda dediklərini təxribat saymıram. Yeganə cavabım meydandakı oyunumdu, orda mümkün olan hər şeyi edirəm. Əlbəttə, fərdi mükafatlar vacibdi, ancaq ən əsas olan kollektiv, komanda uğurlarıdı”.

İki xüsusi hal, “Bavariya”nın oyunçularının bəxtinin nağıllardakı kimi gətirməməsi ilə bağlı iki nümunə. Münhenlilərin “Qızıl top” axtarışının tarixən uğursuz olmasının başqa səbəbi də var. Almanlar həmişə komanda şəklində güclü olub. Bax, “Qızıl top”a iddiada bu tezis qalın xətt kimi özünü göstərir. İngiltərəlilər rəqibin başını baxımlı kombinasiyalarla gicəlləndirdiyi, fransalılar incə driblinqlərlə müdafiəçiləri keçdiyi məqamda almanlar mütəşəkkil şəkildə müdafiə olunub və yalnız taktika hesabına topu rəqib qapısına qədər daşıyıb.

“Qızıl top” həmişə hücumameyilli futbolçulara qismət olur. Son onillikdə almanların hücumlarının əsas ulduzları avtomatiklik, intellekt və proseslərin mexanikləşdirilməsidi. Bu keyfiyyətlər isə anladığınız kimi, mükafat uğrunda mübarizə apara bilməz. Sözsüz, bütün bu proselərdə möcüzəvi və əfsanəvi oyunçular – Kloze ilə Ballakdan Müllerlə Şvaynştaygerə qədər – iştirak edir. Ancaq Almaniya yığmasının oyunu çərçivəsində onlardan hər birini riskə yol vermədən əvəz etmək olar. Fərdi çıxışların səviyyəsi isə Messi, Ronaldo və Ronaldinyo səviyyəsinə çatmır.

Və məhz buna görə də, adətən, alman yarımmüdafiəçilər, müdafiəçilər və qapıçılar zirvəyə qalxırlar. Onlarda arxada hər şey daha yaxşıdı, Kan və Noyer alınmaz qala kimi yerindədi. “Bavariya” yerli futbolun simasıdı, mahiyyətcə milli komandadan çox da fərqlənmir. Boşuna “alman maşını” deyilməyən mükəmməl bir komanda. Lakin bir qayda olaraq, bu komandanın aydın şəkildə müəyyən edilmiş bir lideri olmayıb. Levandovski kimi istisnalar var, amma görünür, bu, kainatın səhvidi və 2020-də "Qızıl top” ətrafında yaşananlar da buna sübutdu.

Səbəblər toplusuna son damcı da əlavə etmək lazımdısa, bu bundesliqadı. Almaniyadakı çempionluq o zaman dəyərlidi ki, gümüşü salatqabı Münhendə deyil. “Bavariya”nın heç bir oyunçusu çempionluğu qazanmaqla “Qızıl top”u qazanmağa yaxınlaşa bilməz. Bu da uğura aparan yolu xeyli çətinləşdirir. Hər şey 2024-cü ildə də tendensiyanın davam edəcəyinə və “Bavariya”nın futbolçularından heç birinin podiuma yaxın yerdə olmayacağına doğru gedir. Klub idarəçiliyinə mövcud yanaşma ilə Almaniya futbolunun bayraqdarının muzeyi hələ uzun müddət Rummenigge, Bekkenbauer və Herd Müllerin mükafatlarına əlavələr görməyəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-09-2022, 11:0

"Bavariya"dan Harri Keyn açıqlaması

Dünya futbolu

8-08-2023, 21:0

Keynin şərti var

Dünya futbolu

12-08-2023, 12:0

Keyn “Bavariya”da

Dünya futbolu

18-07-2023, 10:0

Keyn PSJ-yə gözünün ucu ilə də baxmır

Dünya futbolu

11-07-2022, 13:0

Keynin Münhenə yolu bağlandı

Dünya futbolu

4-09-2023, 19:0

“Tottenhem” Keynin oyundaşları ilə vidalaşmasına icazə verməyib

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Bu gün, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Bu gün, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Bu gün, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Bu gün, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Bu gün, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Bu gün, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Bu gün, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Bu gün, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Bu gün, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Bu gün, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Bu gün, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 225
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə