“El Klasiko”da oynaya bilər

14.03.2023 23:15 232
Dünya futbolu
Pedrinin son durumu məlum olub.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın oyunçusu tezliklə sıraya dönəcək. Zədə üzündən fevralın 16-dan oynamayan 20 yaşlı yarımmüdafiəçinin martın 19-da keçiriləcək “Real”la matçda iştirakı mümkündü.

Pedri bu mövsüm La Liqada meydana çıxdığı 21 oyunda 6 qol vurub.