Usman Dembele ilə bağlı növbəti məlumat yayılıb. O, yaşıl meydana martda qayıdacaq.
Football-plus.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisinə zədəsini sağaltmaq üçün daha 5 həftə vaxt lazım olacaq. “As” nəşrinin məlumatına görə, fransalı futbolçunun La Liqanın martın 19-da keçiriləcək “Real”la matçında meydana qayıdacağı gözlənilir. Xatırladaq ki, Dembele La Liqanın “Jirona” ilə oyununda zədələnib.