“Milan”ın oyunçusu nə vaxt sıraya dönəcək?

23.02.2023 21:30 234
Dünya futbolu
Mayk Menyanla bağlı növbəti xəbər yayılıb.

Football-plus.az xəbər verir ki, “Milan”ın oyunçusunun nə vaxt sıraya dönəcəyi məlum olub. 27 yaşlı qapıçının martın 4-də A seriyasının “Fiorentina” ilə keçiriləcək oyununda iştirak edəcəyi açıqlanıb.

Xatırladaq ki, fransalı futbolçu zədə səbəbindən ötən ilin oktyabrından komandasına kömək edə bilmir. Mayk buna görə Qətərdə ötən ilin son aylarında keçirilən dünya çempionatını da buraxıb.