• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hər zaman əmin idim ki, dünya səviyyəli superulduz olacam”

Dünya futbolu

22-01-2024, 17:0

Belə görünür, Kilian Mbappenin “Real”a mümkün transferi bu yay da Avropa mətbuatının əsas gündəm mövzusu olacaq.

Fransalı superulduzun PSJ ilə müqavilə müddəti mövsümün sonunda bitəcək. Deyəsən, o, 2 il əvvəl olduğu kimi, yenə qərar verməkdə çətinlik çəkir. 25 yaşlı futbolçu bugünlərdə məşhur GQ dəb jurnalına açıqlamalar verib, həm də kamera qarşısına keçib. O, gec-tez Parisdən ayrılacağına işarə vurub. Eyni zamanda Mbappe karyerasına, idman dünyasına, Parisdəki həyatına və başqa mövzulara toxunub.

* İnsanların futbolçulardan çox şey gözlədiyi və oyunların sayının çox olduğu hədsiz bir istehlak dövründə yaşayırıq. Amma təzyiq mənə neqativ təsir etmir. Əksinə, yaxşı performans göstərmək üçün üzərimdə təzyiqin olmasına ehtiyac duyuram. Məncə, bu, ən üst səviyyədə oynamaq üçün tələb olunan mükəmməllik dərəcəsini qorumağa yardım edən bir ünsürdü. Fikrimcə, karyeramın indiyə qədər olan dönəmində artıq sübut etmişəm ki, təzyiqin mənə heç bir neqativi təsiri yoxdu.

* Məncə, texniki göstəricilərimdən başqa, eləcə də sol ayaqla və ya başla vurulan zərbələrin inkişafına nail olmaqdan da vacib olan şey baxış tərzini genişləndirməkdi. Mən indiyə qədər 6-7 mütəxəssisin başçılığı altında oynamışam. Belə demək mümkünsə, işimi görməyin 6-7 yolunu öyrənmişəm. Oyunumun bəzi fərqli yönlərini inkişaf etdirdim. Özümü bir futbolçu kimi daim yeniləməyə çalışdım. İnkişafa nail olmağın yolu doğru mentallığa, dinləmək qabiliyyətinə malik olmaqdan və düşdüyün mühitə uyğunlaşmağı bacarmaqdan keçir. Bəlkə də bu sadaladığım şeylər gözə görünmür. Amma oyunlara hazırlaşmaqda və hətta zədələrdən qurtulmaqda da çox yardım edir.

* Evimdə içində hər cür ləvazimatlar olan geniş bir trenajor zalı var. Amma düzünü desəm, çox vaxt məşq bazasında olmağa, lazım olan hərəkətləri orda etməyə üstünlük verirəm. Hətta gec saatlara qədər orda qalmağım tələb olunursa, bunu da edirəm. Futbolçu dincəlməyi təkcə fiziki yox, psixoloji cəhətdən də bacarmalıdı. Klub futbolçunun iş yeridi. Ev isə rahatlıq tapdığım, tez-tez görə bilmədiyim ailəmlə vaxt keçirə bildiyim ən sakit yerdi.

* Sarğını daşımaq çox məsuliyyətli işdi. Kapitan gərək böyük bir qrupun ən etibar edilən futbolçusu, həm də lideri olsun. Bu gün lazım gələndə hər futbolçu ilə əlaqə saxlayıb onların ən yaxşı şərtlər altında olub-olmadıqlarını yoxlamalıyam. Kapitan olduqdan sonra nə dəyişib? Əsas fərq ondan ibarətdi ki, əvvəllər bütün diqqətimi yalnız özümə və meydanda edə biləcəklərimə yönəldirdim. Amma sarğını daşıya bilmək üçün futbola tam yeni gözlə baxmağı bacarmalısan. Çünki artıq tək özünü yox, bütün komandanı düşünməlisən.

* Özümü psixoloji cəhətdən və idmana peşəkar yanaşmaq baxımından necə yüksəltdim? Müxtəlif səyahətlərdə Roje Federer, Kevin Dürant, Rafael Nadal, Nikola Karabatiç, Novak Cokoviç kimi idman tarixində iz buraxmış böyük idmançılarla tanış olmaq, onları dinləmək sayəsində.

* Ötən yay futbol tarixində iz buraxmağı bacarmış bir çox dahi oyunçular Avropanı tərk etdilər. Bu baxımdan biz tam yeni bir dönəmə qədəm qoyuruq. Bu, tam təbii bir prosesdi. Çünki idmanda bunlar qaçılmazdı. Əlbəttə, bir gün ayrılmaq növbəsi mənə də çatacaq. Amma indidən belə şeylər haqda düşünmək istəmirəm.

* Fransa qarşıdan gələn Avropa çempionatının bəlkə də ən çox maraq doğuran komandasıdı. Turnirə hazırıq və özümüzə güvənirik. Seçmə mərhələdə əla təsir bağışladıq. İndi isə əsas hədəfə, yəni kuboku qazanmağa köklənmək zamanıdı. Fransa yığmasında həm ab-hava, həm münasibət, həm səviyyə yaxşı durumdadı. Ötən il Uqo Lyoris və Rafael Varan kimi böyük çempionları itirdik. Onlar yığma karyeralarını başa vurdular. Amma bu itkilərin komandaya təsir edəcəyini düşünmürəm. Çünki onları əvəzləməyə qadir olan və artıq komandaya uyğunlaşan çox futbolçu var.

* Qalib gəlmək, mümkün olan şeylərin çərçivələrini aşmaq və möhtəşəm işlər görmək arzusu sanki mənim qanıma hopub. Buna görə ilk növbədə aldığım təhsilə və meydanda, eləcə də ondan kənarda aldığım dəstəyə borcluyam. Biz bir şeyi tez-tez unuduruq ki, futbol oynayarkən əbədi olaraq uşaq kimi qalırıq. İllər ötdükcə dəyişən yalnız futbolçunun səviyyəsi olur. Amma bu oyunun özünə yanaşma tərzi dəyişmir. Futbol ehtirası, sevgisi daim sabit qalır.

* Biz yavaş-yavaş MBA-da olduğu kimi, mövsümə 70 oyun keçirmək modelinə yaxınlaşırıq. Şəxsən mən “futbol ili” ərzində bu qədər çox oyun keçirməyin əleyhinə deyiləm. Sadəcə, belə olan halda hər dəfə yaxşı performans sərgiləmək və tribunaya toplaşanların ümidlərini doğrultmaq mümkün olmayacaq. MBA-da oyunçular heç də hər matçda meydanda olmurlar. Amma bu gün mən “artıq yorulmuşam və şənbə günü oynamaq istəmirəm” desəm, bu, işə yaramaya bilər. Bəlkə də dünyada elə insan var ki, məhz həmin oyuna bilet alıb və bu qarşılaşma onun səni canlı görməsi üçün yeganə şansdı. Heç kimə ağıl vermək istəmirəm. Sadəcə, oyun sayı məsələsində ortaq məxrəcə və ən yaxşısına nail olmaq üçün futbolçular, azarkeşlər və idarəçilər birləşməlidi.

* Həyatımda və karyeramda artıq elə bir nöqtəyə çatmışam ki, hadisələri tələsdirmək istəmirəm. Fransanın heyətində bu yay Parisdə keçiriləcək Olimpiya oyunlarında təbii ki, iştirak etmək istəyərəm. Mənə icazə verilsə, bunu böyük məmnuniyyətlə edərəm. Amma icazə verilməsə, bunu da anlayışla qarşılayacam. Hər bir idmançı üçün Olimpiya Oyunları xüsusi önəm daşıyır. 4 il öncə də Tokioya yollanmaq istəyirdim. Çünki Fransa yığması ilə mümkün olan bütün titulları qazanmaq və adımı yığmanın tarixinə yazdırmaq istəyirəm.

* İnanıram ki, həmişə yardım etmək və şanslı bəxtimi insanlarla paylaşmaq üçün doğulmuşam. Təbii ki, istedad bugünkü səviyyəyə çatmağımda çox böyük rol oynayıb. Ancaq eyni zamanda doğru vaxtda doğru insanlarla tanış olacaq qədər şanslı idim. Artıq hər şeyi özüm edə biləcək səviyyəyə çatdığıma görə bundan sonra bacardığım qədər yeni nəslə kömək etmək istəyirəm.

* Lebron Ceymsin karyerası mənimkindən çox üstündü. Üstəlik idmandan kənardakı layihələrini və əfsanə statusunu bir qədər də inkişaf etdirməyi bacarıb. Onun kimi ilhamverici isimlərdən məsləhətlər ala bilmək mənim üçün çox önəmlidi. Bu, mənə həm futboldan kənar planlarımı həyata keçirmək, həm də gənclərə yardım etmək baxımından da vacibdi. Ona görə də Lebronla münasibətə önəm verirəm.

* Maaşım nə qədərdi? Düzünü desəm, özüm də bilmirəm. 12 yaşım olanda düşünürdüm ki, futbolda çox böyük pullar var. Amma indi düşünürəm ki, bu pulları tam layiqli şəkildə qazanıram. Bu pulları indiyə qədər heç kimdən oğurlamamışam və bundan sonra da oğurlamaq fikrim yoxdu. Dünya məhz belə qurulub. Mən hər zaman əmin idim ki, dünya səviyyəli superulduz olacam.

* 2012-ci ildə, yəni 14 yaşım olanda “Real” məni baxışa çağırdı. Onların bazasında 4 gün qaldım. Bu müddətdə bütün komandanı, eləcə də bütün superulduzları öz gözümlə izlədim. Bəzən gördüklərimə inana bilmirdim və başım gicəllənirdi. 4 gün tamam olandan sonra Fransaya qayıtdım. Sonrakı 3 gündə anamın sinifində təmizlik işləri aparmalı oldum (gülür). Elə bil bir andaca ulduzların arasından lap dibə endim. Hətta “məni bura çağıranda nə düşünürdü” deyərək anama acıqlanmışdım. Amma bu yaşda artıq bəzi şeyləri başa düşürəm. Həmin vaxt mən sanki əlimlə göydəki ulduzlara toxunmuşdum. Bir qədər sonra isə göydən yerə enməli olmuşdum.

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-06-2023, 13:0

Fransa prezidenti yenə Mbappenin məsələsinə qarışacaq

Dünya futbolu

10-11-2023, 22:0

Melo Mbappeni niyə ''axmaq'' adlandırdı?

Dünya futbolu

28-06-2023, 16:0

Mbappe üçün fantastik təklif

İdman

28-12-2022, 12:0

Nadal Mbappenin "Real"a keçəcəyini düşünür

Dünya futbolu

26-03-2022, 21:0

Mbappe yığmanın sponsorlarından bezib!

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə