• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş” “qara siyahı”da olan daha bir futbolçu ilə vidalaşdı

Dünya futbolu

22-01-2024, 16:0

“Beşiktaş” daha bir futbolçu ilə yollarını ayırıb.

Bu dəfə klubu tərk edən futbolçu Valentin Rozyedi. 27 yaşlı fransalı sağ cinah müdafiəçisi vətəninə yollanıb. O, Liqa-1-in iddialı klublarından “Nitsa”ya mövsümün sonuna qədər icarəyə verilib. Korsikalılar bu oyunçunu mövsümün sonunda daimi əsasda tranfer edə bilmək hüququnu da ələ keçirib. Komanda bu hüquqdan istifadə etmək istəsə, “Beşiktaş”a 4 milyon avro ödəməli olacaq. “Nitsa” icarə haqqı ödəməyib. Amma əvəzində bu klub Rozyenin “Beşiktaş”dakı aylıq qazancını mövsümün sonuna qədər ödəmək öhdəliyini üzərinə götürüb. “Qartal” Rozyeni 2020-ci ildə “Sportinq”dən heyətinə qatmışdı. Bu futbolçu ilk iki mövsümü İstanbul nəhəngində icarə əsasında keçirəndən sonra 2022-nin yayında 4,8 milyon avroya daimi əsasda transfer edilmişdi.

“Ağ-qaralar”ın heyətində 126 rəsmi oyunda 6 qol, 18 məhsuldar ötürmə ilə fərqlənən Rozye Türkiyədə oynadığı müddətdə ölkə çempionluğu da daxil olmaqla 3 titul qazandı. Bununla da “Beşiktaş”da dekabrın əvvəllərində əsas komandadan kənarlaşdırılan 5 futbolçudan üçüncüsü ayrılmış oldu. Bir müddət öncə Erik Bayi (Vilyarreal) və Jan Onana (Marsel) da klubu tərk etmişdi. Digər iki futbolçu – Rəşid Gezzalla Vensan Abubakar hələ də müqavilə ilə “Beşiktaş”a məxsusdu. Gezzalın komandada qalmaq ehtimalı var. Amma rəhbərlik onun, nəhayət, zədələrdən qurtulmasını və komandaya fayda verməsini istəyir.

Yeri gəlmişkən, təcrübəli əlcəzairli vingerin müqaviləsində maraqlı bir maddənin olduğu üzə çıxıb. Gezzalın müqavilə müddəti bu yay bitməlidi. Amma həmin maddəyə əsasən o, cari mövsüm 20 rəsmi oyunda meydana çıxacağı təqdirdə müqaviləsi avtomatik birilliyə yenilənəcək! 31 yaşlı futbolçu 2023/24-də artıq 16 rəsmi oyun keçirib. Fernando Santuşun təyinatından sonra əfv edilən və əsas komandaya cəlb olunan Gezzal ən son kubokda “Eyupspor”a qarşı matçda 90 dəqiqə meydanda oldu. Abubakarı isə böyük ehtimalla bir daha “Beşiktaş”ın heyətində görməyəcəyik. Bilindiyi kimi, təcrübəli forvard hazırda Afrika Millətlər Kubokunda çıxış edən Kamerun yığmasının düşərgəsindədi. Abubakar turnirin startına az qalmış məşqlərin birində zədə almışdı. Amma onun zədəsi ciddi olmadığından Kamerun bu futbolçunu heyətdən çıxarmaq istəmədi. Abubakar turnirdən qayıtdıqdan sonra ətraflı tibbi müayinədən keçiriləcək. Zədəsi ciddi olacağı təqdirdə onun ikinci dövrə üçün müqaviləsi dondurulacaq. Əks halda isə o, başqa kluba icarəyə veriləcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-01-2024, 18:0

''Beşiktaş''a lazım olmayan futbolçu Fransa nəhənginə keçdi

Dünya futbolu

14-01-2024, 20:0

“Beşiktaş”da daha bir ayrılıq

Dünya futbolu

27-06-2022, 14:0

Məhşur forvard ''Beşiktaş'' üçün İstanbula gəlir

Dünya futbolu

27-08-2022, 11:0

“Beşiktaş” Dele Alliyə qovuşdu

Dünya futbolu

18-02-2023, 11:0

“Qalatasaray” “Hatayspor”dan oyunçu transfer etdi

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə