• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hər oyuna orta hesabla 3,16 qol! - Premyer-liqada ən parlaq mövsümlərdən biri yaşanır

Dünya futbolu

8-12-2023, 19:0

Futbolun gözəlliyi qoldu. Qol vurulmayan oyun sona çatanda istər-istəməz azı 90 dəqiqəni boşa verdiyini düşünürsən.

Doğrudu, bu fikri hesabın açılmadığı hər matç haqda söyləmək olmaz: elə oyunlar olur ki, yetərincə qol vəziyyəti qeydə alınır, sadəcə, çox müxtəlif səbəblərdən top qapıdan keçmir. İngiltərə çempionatının cari mövsümü isə adamı darıxmağa qoymur. Ona görə ki, premyer-liqada məhsuldarlıq baxımından ən parlaq mövsümlərdən biri yaşanır.

Hücum müdafiəni aşkar üstələyir

Mərkəzi oyunlar qol baxımından yetərincə gərgin keçir. Premyer-liqanın ən statuslu müdafiəçilərinin kimlər olduğunu soruşsalar, ağla ilk növbədə Vircil van Diyk (Liverpul), Ruben Diaş (Mançester Siti) və Vilyam Saliba (Arsenal) gəlir. 14-cü turdan sonrakı turnir cədvəlinə nəzər salsaq, bu oyunçuların komandasına liqanın digər iştirakçıları ilə müqayisədə daha az top buraxmaqda kömək etdiklərini görərik. “Arsenal” 11, “Liverpul” 14, MS isə rəqibi tərəfindən 16 dəfə meydanın mərkəzinə dəvət edilib. Əlbəttə, topu qapısında 14 dəfə görən “Nyukasl”ı da qeyd etməliyik. Amma Kristian Romeronun “Tottenhem”dəki effekli oyunu və “Mançester Yunayted”in liqada heç olmasa, bir göstəriciyə əsasən liderlər qrupunda qərarlaşmaq üçün cəhdləri əbəs olub: bu komandalar uyğun olaraq 20 və 17 qol buraxıblar. Hazırkı vəziyyətdə formalaşan dəqiq fikir isə belədi: cari mövsümdə hücum müdafiəni aşkar üstələyir.

Çox uzağa getməyib 14-cü turun oyununu xatırlayaq: adamı həyəcana boğan MS - “Tottenhem” matçı 3:3 hesabıyla nəticələndi. Halbuki “Etihad”dakı oyuna qədər hər iki komanda müdafiəsinin az-çox güclü olmasıyla da tanınırdı. Amma bir-birini 3 dəfə mərkəzə dəvət etdilər. 14 turdan sonra 5 komanda azı 30 qol vurub. Bu isə MS (36), “Aston Villa” (33), “Liverpul” (32), “Nyukasl” (32) və “Brayton”un (30) hər oyuna orta qol göstəricisinin 2-dən artıq olduğu deməkdi. Hücum xətti ən zəif olan komandalar isə “Luton” (13) və “Şeffild Yunayted”di (11). Ümumi mənzərəyə nəzər salsaq, Harri Keynin Almaniyaya yollanmasının premyer-liqanın baxımlılığını heç də azaltmadığını görərik. Erlinq Holann (MS, 14), Məhəmməd Salah (Liverpul, 10) və Son Hın Min (Tottenhem, 9) əvvəlki mövsümdə olduğu kimi məhsuldar çıxışını davam etdirirlər. İlk 14 turda hərəyə 8 qol vuran Carrod Bouen (Vest Hem) ilə Olli Uotkinsin (Aston Villa) məhsuldarlığı da zəif sayılmamalıdı.

Və gəldik əsas göstəriciyə: İngiltərə çempionatının ən yüksək liqasında ilk 14 turda hər oyuna orta hesabla 3,16 qol qeydə alınıb. Ötən mövsümün göstəricisi 2,85 qola bərabər olmuşdu. Artım göz qabağındadı. Səbəblər isə müxtəlifdi. Əvvəla əksər məşqçilər uğuru hücumameyilli oyunla tapmağa çalışırlar. Skautlarla idman direktorları yay transfer əməliyyatları zamanı hücumameyilli oyunçulara üstünlük veriblər. Buna əlavə kimi cinah müdafiəçilərinin hücum zamanı fəallıq göstərməsini də vurğulamalıyıq. Əksər oyunlarda Pervis Estupinyan (Brayton), Aleksandr Zinçenko (Arsenal), Kiran Trippyer (Nyukasl), Trent Aleksander-Arnold, Endryu Robertson (hər ikisi “Liverpul”), Lüka Din (Aston Villa) və Pedro Porronun (Tottenhem) müdafiəçidən çox hücum qurucu olduğu aşkar görünür.

Dispetçerlərin təsiri
Premyer-liqada məhsuldarlığın artmasının bir səbəbi də ikinci ötürməni yüksək səviyyədə yerinə yetirən oyunçuların çoxluğu ilə bağlıdı. Onlar standart vəziyyətlər, əks-hücumlar və mövqe hücumları zamanı təhlükəli və real qol vəziyyətlərinin yaranmasında iştirak edirlər. Bu planda lider Trippyerdi. O, oyundaşları üçün 41 qol vəziyyəti yaradıb. Bruno Fernandeş (MY) ilə Bukayo Saka (Arsenal) hərəyə 36 dəfə belə epizoda səbəbkar olublar. Qeyd edək ki, ciddi zədə almasaydı hazırda lider mövqeyində Ceyms Meddison (Tottenhem) da ola bilərdi. Salah, onun həmklubuı Dominik Soboslai, Ceyms Uord-Prouz (Vest Hem), Xulian Alvares (MS) və Paskal Qross (Brayton) oyundaşları üçün hərəyə 30 qol vəziyyəti yaradıblar.

Ən yaxşı sonuncu ötürməni edən oyunçular yalnız MY və “Liverpul”da deyil, həm də “Vest Hem” və “Brayton”da var. Məsələn, Mussa Diabi “Aston Villa”da yetərincə təhlükəli vəziyyətlər yaradır. Artıq MS-nin əsas heyətində daha çox görünən Filip Fodenin yaradıcılıq qabiliyyəti heç kimə sirr deyil. Komandaya bu yay qoşulan vinger Jeremi Dokyunun da hücum əməliyyatlarında rolu böyükdü. İngiltərə çempionunun cari mövsümü zədə üzündən Kevin de Bruynesiz keçirdiyini də vurğulamalıyıq. Belçikalı isə müasir dünya futbolunda çoxdan ən yaxşı pleymeykerlərdən biri kimi ad çıxarıb. “Siti”dəki Bernardo Silva ilə Aleksander-Arnoldun sonuncu ötürmə planında usta olduqları, Martin Edeqorun (Arsenal) dispetçer kimi fəaliyyəti də qeyd edilməlidi. Son ilə Uotkins kimi hücumçuların topu daha əlverişli mövqedə olan oyundaşlarına ötürməyə üstünlük verdiyi də məlumdu. Əlbəttə, bu mənada eqoistlər də var. Amma güclü komandanın hər bir məşqçisi gözəl kombinasiyalar üçün futbolçu tapmağa çalışır. 14-cü turun “Vulverhempton”a qarşı oyununda “Arsenal”ın 2:1 hesablı qələbəsində vacib rol oynayan Zinçenko ilə Edeqor nümunəsini xatırladaq.

İlk 14 turda daha çox məhsuldar ötürmə edən oyunçular sırasında Trippyer ilə Pedru Netu (Vulverhempton) öncül mövqedədilər. Hər biri 7 dəfə assist müəllifi olub. Salah onlarla ciddi rəqabət apara bilər. Bunun üçün Darvin Nunyes misirli oyundaşının ötürmələrindən effektli şəkildə istifadə etməlidi. Uruqvaylı isə hələ ki, daha çətin vəziyyətlərdə qol vurmağı bacarır. Premyer-liqada çıxış edən əksər futbolçular texnikalı oyun planında diqqəti cəlb edirlər. Hətta dayaq yarımmüdafiəçiləri də ara-sıra zərbə mövqeyinə çıxmağa can atırlar.

Holann yeni nəsli təcəssüm etdirir
Son illər premyer-liqada rəqib qapısına çox sayda zərbə endirən gənc hücumçular peyda olub. Bu planda Holann hamını aşkar qabaqlayır. İngiltərədə keçirdiyi ilk mövsümdə 35 oyuna 36 qol vuran norveçli bir neçə rekordun müəllifi olmuşdu. Erlinq bu mövsüm artıq qapılara 50-dən çox zərbə endirib. Ondan sonrakı yerləri argentinalı oyundaşı Alvares, Nunyes, Brian Mbuemo (Brentford) və Nikolas Cekson (Çelsi) tuturlar. Onlar nəsli təmsil edirlər. Heç birinin yaşı 24-dən çox deyil. Bəli, Nunyes ilə Ceksona qaçırdığı şanslara görə gülmək olar, amma bu da var ki, gənc mərkəz hücumçuları zərbə mğövqeyini düzgün müəyyən etməyi yaxşı bacarırlar.
Bəziləri isə məhsuldarlıq planında axsayırlar.

Məsələn, 26 yaşlı Markus Reşford (MY) bu mövsüm meydana çıxdığı 13 oyunda yalnız 2 qol vura bilib. O, qapıya əvvəlki kimi az zərbə endirmir, amma qol vurmaq planında ciddi problemlər yaşayır. Artıq yaşlı oyunçular kateqoriyasına daxil olan Salah ilə Sonun isə belə problemi yoxdu. Gənc danimarkalı Rasmus Höylunn MY-də möhkəmlənəcəyi və braziliyalı Qabriel Jezusdan “Arsenal”da mərkəz hücumçusu kimi istifadə ediləcəyi halda premyer-liqada məhsuldarlıq daha da arta bilər. Hətta “Tottenhem”də də superbombardir Keynə layiqli xələf tapılmayıb. Axı Son əvvələr də ön xəttdə çıxış edirdi, amma koreyalı və Rişarlison da indi “Bavariya”da qolları sıralayan Harri kimi məhsuldarlığa malik deyillər.

Bu mövsüm ağlagəlməz “qol yağışları” məşqçilərlə müdafiə xəttlərinin liderlərini özündən çıxarır. Bu mənada təcrübəli fanatlar da qəzəblənməyə bilmirlər. Söhbət əsas rəqiblərlə oyunlardan gedirsə, vəziyyət daha mürəkkəbləşir. Məsələn, “Yunayted” artıq cədvəldəki qonşularına qalib gəlməkdə çətinlik çəkir. Belə hal isə Erik ten Haqın kreslosunu turlar ötdükcə daha çox laxladır. Amma neytral tamaşaçı üçün “Liverpul” – “Fulhem” (4:3) və “Çelsi” – MS (4:4) matçları əsl futbol bayramıdı!

Mövsümün ilk 1/3-i ilə bağlı ortaya çıxan əsas fikirlərdən biri budu: hamı hücumu düşünür, intriqa artır və premyer-liqa ilə bağlı təəssüratlar daha da yaxşılaşır. İlk 5 turdan sonra MS maksimum nəticə ilə lider idi. 10-cu turdan sonra “Tottenhem” zirvədə göründü, indi isə 1-ci yerdə “Arsenal”dı. Əlbəttə, oyunların məsuldar keçməsi göz oxşayır. Amma premyer-liqa adlı baxımlı mənzərəni hakimliyin bir qədər aşağı səviyyəsi korlayır. Qalmaqallar kifayət qədərdi, amma bu da futbol şousunun bir hissəsidi. Əlbəttə, ciddi hakim səhvləri həddən artıq olmasa, İngiltərə çempionatı komandaların unudulmaz qarşılaşmaları ilə daha çox yadda qalacaq. Ötən mövsümün sonu dramatik alınmışdı, amma indi ağlagəlməz hesablar qeydə alınır. Heç kim liderlər qrupunda olanlardan çəkinmir, komandaların yarısı isə dünya səviyyəli hücum futbolu sərgiləməyi bacarır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-05-2023, 19:0

Premyer-liqanın rəmzi komandası

Dünya futbolu

4-02-2023, 23:0

“Mançester Siti”də növbəti itki

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

26-05-2022, 10:0

Premyer-liqanın ən pis rəmzi komandası açıqlandı

Aktual
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
“Turan Tovuz”: ümidlə ümidsizlik arasında son gün!
Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
“Zirə” də Sumqayıta sığınacaq?
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
Son xəbərlər
  • Bu gün, 23:38
    Almaniya debütantı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 23:17
    Liverpuldan Londona yollandı
  • Bu gün, 22:56
    Millimiz İspaniyaya uduzdu
  • Bu gün, 22:35
    "Turan Tovuz" hazırlıqlara başladı
  • Bu gün, 22:16
    Klopp dünya çempionatındakı bu yeniliyə görə FİFA-nı yıxıb-sürüdü
  • Bu gün, 21:49
    "Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
  • Bu gün, 21:22
    "Neftçi" çempion oldu
  • Bu gün, 20:51
    Millimiz Avropa kubokunun finalında
  • Bu gün, 20:39
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 20:20
    "Şamaxı"dan yeni transfer
  • Bu gün, 19:59
    “Turan Tovuz”: ümidlə ümidsizlik arasında son gün!
  • Bu gün, 19:28
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Bu gün, 18:57
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:26
    La Liqada yeni təyinat
  • Bu gün, 17:55
    86 yaşında dünyasını dəyişdi
  • Bu gün, 17:26
    ''Qalatasaray''ın sabiq ulduzu: ''Avstraliya bu gecə çoxlarını susdurdu''
  • Bu gün, 16:55
    Levandovski ABŞ-yə nə üçün yollanıb?
  • Bu gün, 16:24
    Hakim “ofsayda düşdü”
  • Bu gün, 15:53
    Rikelme: “Bu bizim üçün son deyil, başlanğıcdı”
  • Bu gün, 15:22
    Türkiyə 9 nəhəng turnirdən 8-nə məğlubiyyətlə başlayıb!
  • Bu gün, 14:51
    Montella məğlubiyyətdən sonra nələr dedi? - ''Tənqidləri qəbul etməliyik''
  • Bu gün, 14:20
    Şahmatçılarımız dünya çempionatı üçün İtaliyada
  • Bu gün, 13:49
    Adi yay, qeyri-adi qeyri-müəyyənlik
  • Bu gün, 13:25
    Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
  • Bu gün, 12:54
    Avram ölkəsinə qayıtdı, çempionla anlaşdı
  • Bu gün, 12:23
    Acun Ilıcalı “Hall Siti” fanatlarına Antalyada istirahət şansı yaratdı
  • Bu gün, 11:51
    "Şamaxı"nın sabiq futbolçusu Ermənistan klubunda
  • Bu gün, 11:20
    Millimiz Alikantedə İspaniya ilə üz-üzə
  • Bu gün, 10:59
    “Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram” - İraola “Liverpul”un baş məşqçisi kimi ilk müsahibəni verdi
  • Bu gün, 10:28
    “Zirə” də Sumqayıta sığınacaq?
  • Bu gün, 09:57
    Türkiyə turnirə məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 261
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 257
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 223
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə