"Şamaxı"dan yeni transfer

14.06.2026 20:20 23
Ölkə futbolu
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Ceyhun Bağırzadəni transfer edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

U-21 millimizin üzvü növbəti iki mövsümü "Şamaxı"da keçirəcək.

Ceyhunun son komandası "Qəbələ-2" olub.