“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...

13.06.2026 17:50 49
Ölkə futbolu / Aktual
“Sabah”ın mövsümlərarası fasilədə ikinci transferini gerçəkləşdirdiyindən xəbərdarsız. Söhbət Fransa “Lill”indən birilliyə icarəyə götürülən Yunis Laçabdan gedir.

“Football-plus.az”ın məlumatına görə, o, “Lill”in yetirməsidi və karyerası ərzində ilk dəfə başqa klubun formasını geyəcək. Vinger Fransa təmsilçisinin həm əvəzedici, həm də əsas komandasında çıxış edib.

Futbolçu 2025/26 mövsümünü əvəzəedici kollektivin heyətində keçirib. O, bu komandanın iştirak etdiyi çempionatda 14 matçda meydana çıxıb. Həmin oyunlardan 12-də start heyətində yer alıb və 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub. O, 176 sm boya malikdi. Yarımmüdafiəçinin “Lill” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Maraq üçün xatırladaq ki, “Sabah” Aaron Maludanı da “Lill”dən transfer etmişdi.

KƏNAN BAHADIR