• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Felişin jesti kimə ünvanlanmışdı?

Dünya futbolu

8-12-2023, 19:0

Bazar günü keçirilən oyunda “Atletiko”nun, yəni sabiq komandasının qapısından qələbə topunu keçirən “Barselona”nın yarımmüdafiəçisi Joao Feliş jurnalistlərlə söhbətdə belə demişdi:

“Hər həftə haqqımda danışırlar, həmişə diqqət mərkəzindəyəm. Sakitəm, başqalarının danışıqlarına fikir vermirəm. Futbolçu kimi daha yaxşı olmağa çalışıram. “Atletiko”dan olan sabiq komanda yoldaşlarımın, demək olar ki, hər biri ilə münasibətlərimiz yaxşıdı, mənim onlarla heç bir problemimin olmadığını bilirlər. İstərdim ki, “Barsa” mənlə müqavilə bağlamaq üçün mümkün olan hər şeyi etsin, burda xoşbəxtəm”.

Feliş avqustdan, yəni icarə əsasında Kataloniya klubunun şərəfini qorumağa başlayandan bəri 17 oyunda 8 qol vurub. Onu daimi əsasda transfer etmək ilk növbədə qiymətinə görə çətin olacaq. Ancaq bəzi bilgilər də var ki, “Barsa” bu yolda hər şeyə hazırdı. “As” nəşrinə inansaq, portuqaliyalı ulduzun seçimi Kataloniya nəhəngindən yanadı, o, “hindular”ın düşərgəsinə dönmək istəmir. “Blauqrana”nın rəhbərliyini narahat edən yeganə məqam onun heç də həmişə eyni səviyyədə oynamamasıdı, yəni Felişin parladığı qarşılaşmalarla yanaşı, kölgədə qaldığı anlar da olur.

Joaonun “Atletiko” ilə oyunda vurduğu qoldan sonrakı jesti də İspaniyada böyük maraq doğurub. Xatırladaq ki, o, reklam lövhələrinin yanına qaçaraq əllərini yana geniş açmışdı. Bu jest sizə kimisə xatırlatdımı? Heç şübhəsiz, Cud Bellingemi. “Real”ın ingiltərəli ulduzu da qollarını belə qeyd edir.
Həmkarlarımız Felişdən qolu niyə məhz belə qeyd etdiyini də soruşublar: “Qola reaksiyam spontan idi. Oyunun gərginliyini yaşayırsan. Və bu şəkildə qolu qeyd etməyim yayda yaşadıqlarıma görə müəyyən yüngüllük hissi keçirməyimin ifadəsi idi. Yalnız mənə yaxın olan adamlar ailəmlə birgə bu mərhələni necə arxada qoyduğumu bilirlər”.

Cudla Joaonun jestlərinin oxşarlığı “Cadena SER” nəşrində çalışan həmkarımız Tomas Ronseronu necə ruhlandırıbsa, böyük bir nəzəriyyə icad edib. O əmindi ki, Bellingemin qol sevincini təkrarlayan portuqaliyalı “Real”a keçmək arzusunu ictimaiyyətə çatdırır.

Ronsero bu dəlilləri “El Bar” verilişinin efirində bölüşüb: “Feliş hələ “Benfika”da olanda Jorje Mendeş deyirdi ki, müştərisi “Real”a qovuşmaq istəyir. Joao Madriddə oynamağı arzulayırdı. Hətta Mendeşə demişdi ki, məni “Santyaqo Bernabeu”nun yanında saxla. Məhz buna görə agent futbolçunu “Atletiko”ya apardı. Əlbəttə, sonuncu qol sevinci Dieqo Simeone ilə bağlı intiqam aktı idi, ancaq Feliş bu jestdə “Real”la bağlı duyğularını da dilə gətirdi. Futbolçu “Real”ı gözləyirdi, ancaq madridlilər onun arxasınca getmədi, bu üzdən qol sevincini belə qeyd etməklə sanki hansısa tələb irəli sürür, “Real”ın diqqətini çəkməyə çalışır. Feliş Bellingemin bir neçə həftə əvvəl “el-klasiko”da qolu necə qeyd etdiyini görüb və öz-özünə deyib ki, baxın, mən də belə edəcəm. Bu jest Florentino Peresə müraciət idi”.

Yəqin həmkarımızın fantastik janrda yazılan kitablar üçün yarayan fikirləri sizi təəccübləndirdi. Onda Ronseronun daha bir nəzəriyyəsini xatırladaq: guya Qrizmann da karyerası boyunca “kral klubu”nun şərəfini qorumağı arzulayıb. Nəhayət, bunu da deməyin vaxtıdı: həmkarımız “Real”ın böyük fanatıdı. Futbolçuların sirli arzularını gün işığına çıxarmaq cəhdi axmaqlıq kimi görünür. Ona qalsa, Joaonun “Barselona”dakı təqdimat mərasimində göz yaşı axıtmasından da belə məna çıxarmaq olar ki, futbolçu sevimli klubu ilə rəqabət aparan kataloniyalıların şərəfini qorumağı bir o qədər arzulamırmış.

Ümumiyyətlə, İspaniyada portuqaliyalı ulduzun personasına münasibət birmənalı deyil. Əsasən “Valensiya”nın heyətində çıxışı ilə tanınan sabiq qapıçı Santyaqo Kanisaresin fikirləriylə tanış olun: “Joao həmişə özünü ortaya atır. Mən Joaonu xarakterinə görə o qədər də sevmirəm, çünki o, özünü başqalarından üstün sayır, hərçənd özü futbolda az şey qazanıb. Buna baxmayaraq, mən onu çox istedadlı futbolçu hesab edirəm. İllər keçdikcə təvazökarlıq qazanacaq və onda biz ən yaxşı Joao Felişi görəcəyik. Bütün oyun modellərinə hörmət etmək lazımdı. “Atletiko”nun sistemi komandaya titullar qazandırıb. Səni Avropa futbolunun elitasına gətirən komandaya minnətdar olmağa dəyər. Səni olduğundan daha güclü edən komanda ilə düşmənçilik etməyə ehtiyac yoxdu”.

Maraqlıdı...
“Movistar Plus”un X (keçmiş “tvitter”) hesabında maraqlı video yer alıb. Həmin videoda Felişin “Atletiko”nun müdafiəçisi Xose Ximeneslə münaqişəsi görünür. Uruqvaylıya baxan portuqaliyalı deyir: “Vur məni, vur məni”. Ximenes isə belə cavab verir: “Hə? Dalaşmaq istəyirsən?”

Araya girən Koke komanda yoldaşını sakitləşdirir: “Görmürsən ki, o, sənin ikinci sarı vərəqəni alıb qovulmağını istəyir? Sakitləşmək lazımdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-07-2023, 11:0

Felişin açıqlaması “Atletiko”da gərginliyə səbəb oldu

Dünya futbolu

6-12-2023, 21:0

“Barsa” “Real”la “Jirona” izləməkdədi

Dünya futbolu

24-03-2023, 22:0

İngiltərədə qalmaq istəyini bəyan etdi

Dünya futbolu

28-07-2023, 18:0

Joao Feliş “Atletiko” ilə “körpüləri yandırdı”

Dünya futbolu

23-09-2022, 17:0

"Barselona" Qrizmanı 25 milyona satmağa razıdı

Aktual
“10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
“Turan Tovuz”: ümidlə ümidsizlik arasında son gün!
Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
“Zirə” də Sumqayıta sığınacaq?
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Son xəbərlər
  • Dünən, 23:58
    “10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
  • Dünən, 23:38
    Almaniya debütantı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:17
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:56
    Millimiz İspaniyaya uduzdu
  • Dünən, 22:35
    "Turan Tovuz" hazırlıqlara başladı
  • Dünən, 22:16
    Klopp dünya çempionatındakı bu yeniliyə görə FİFA-nı yıxıb-sürüdü
  • Dünən, 21:49
    "Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
  • Dünən, 21:22
    "Neftçi" çempion oldu
  • Dünən, 20:51
    Millimiz Avropa kubokunun finalında
  • Dünən, 20:39
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 20:20
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 19:59
    “Turan Tovuz”: ümidlə ümidsizlik arasında son gün!
  • Dünən, 19:28
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 18:57
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    La Liqada yeni təyinat
  • Dünən, 17:55
    86 yaşında dünyasını dəyişdi
  • Dünən, 17:26
    ''Qalatasaray''ın sabiq ulduzu: ''Avstraliya bu gecə çoxlarını susdurdu''
  • Dünən, 16:55
    Levandovski ABŞ-yə nə üçün yollanıb?
  • Dünən, 16:24
    Hakim “ofsayda düşdü”
  • Dünən, 15:53
    Rikelme: “Bu bizim üçün son deyil, başlanğıcdı”
  • Dünən, 15:22
    Türkiyə 9 nəhəng turnirdən 8-nə məğlubiyyətlə başlayıb!
  • Dünən, 14:51
    Montella məğlubiyyətdən sonra nələr dedi? - ''Tənqidləri qəbul etməliyik''
  • Dünən, 14:20
    Şahmatçılarımız dünya çempionatı üçün İtaliyada
  • Dünən, 13:49
    Adi yay, qeyri-adi qeyri-müəyyənlik
  • Dünən, 13:25
    Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
  • Dünən, 12:54
    Avram ölkəsinə qayıtdı, çempionla anlaşdı
  • Dünən, 12:23
    Acun Ilıcalı “Hall Siti” fanatlarına Antalyada istirahət şansı yaratdı
  • Dünən, 11:51
    "Şamaxı"nın sabiq futbolçusu Ermənistan klubunda
  • Dünən, 11:20
    Millimiz Alikantedə İspaniya ilə üz-üzə
  • Dünən, 10:59
    “Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram” - İraola “Liverpul”un baş məşqçisi kimi ilk müsahibəni verdi
  • Dünən, 10:28
    “Zirə” də Sumqayıta sığınacaq?
  • Dünən, 09:57
    Türkiyə turnirə məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • 13-06-2026, 23:0
    Paytaxt klubunu tərk edəcək
  • 13-06-2026, 23:0
    Millimiz dünya çempionu oldu
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 262
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 259
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 225
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə