86 yaşında dünyasını dəyişdi

14.06.2026 17:55 20
Dünya futbolu
Braziliya yığmasının keçmiş müdafiəçisi Brito vəfat edib.

"Football-plus.az" xəbər verir ki, o, 86 yaşında dünyasını dəyişib. Brito milli komandada 61 oyun keçirib və 1970-ci ildə dünya çempionu olub.

O, daha çox “Vasku da Qama”dakı (1955-59, 1960-69) çıxışı ilə tanınır. Brito “Flamenqo”, “Kruzeyro”, “Botafoqo” (Rio de Janeyro), “Korintians”, “Atletiko Paranaense” və digər komandalarda da oynayıb.