“Mançester Siti”də növbəti itki

4.02.2023 23:44 321
Dünya futbolu
Con Stounzun son vəziyyəti məlum olub.

Football-plus.az xəbər verir ki, yanvarın 27-də keçirilən İngiltərə kubokunun “Arsenal”la matçında (1:0) zədələnən “Mançester Siti”nin müdafiəçisi təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola məlumat verib: “Stounz təxminən 3-4 həftə oynamayacaq”.

28 yaşlı Con premyer-liqada “Tottenhem” (5 fevral), “Arsenal” (15 fevral) və Çempionlar Liqasında “Leyptsiq”lə (22 fevral) oyunları buraxacaq. Xatırladaq ki, MS-nin daha bir müdafiəçisi Ruben Diaş da zədəlidi.