• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Acun Ilıcalı “Hall Siti” fanatlarına Antalyada istirahət şansı yaratdı

Dünya futbolu

14-06-2026, 12:0

Türkiyəli şoumen və iş adamı Acun Ilıcalı sayəsində “Hall Siti” hazırda bəlkə də dünyanın ən xoşbəxt klubudu.

"Football-plus.az" xəbər verir ki, o, 2022-dən “pələnglər”in sahibidi və komanda bu il onun dönəmində ilk dəfə premyer-liqaya vəsiqə qazandı. Acun bu hədəfə çatacaqları təqdirdə futbolçular üçün Los Ancelesdə istirahət təşkil edəcəyini bildirmişdi və bu sözünü tutdu.

Bugünlərdə isə o, “Hall Siti”nin 200 azarkeşi üçün pulsuz Antalya səfəri təşkil edib! Bu, artıq ənənə halını alıb. Sadəcə, əvvəlki illərdə yay aylarında fanatlar “Hall Siti” ilə birlikdə Antalyaya gələrək həm də sevimli komandalarının hazırlıq oyunlarını izləyirdilər. Bu dəfə Acun fanatların gəlişini bir qədər irəli çəkib. Azarkeşlərlə görüşdə onlarla yaxından maraqlanan və hər biri ilə şəkil çəkdirən Acun daha sonra türkiyəli həmkarlarımıza açıqlamalar verib.

* Klub olaraq, gözəl tədbirlər təşkil edirik. Püşklə müəyyənləşən 200 fanatımız, gördüyünüz kimi, çox xoşbəxtdi. Bu il onlar üçün ikiqat bayramdı. Həm də “Hall Siti”nin elitaya qayıtmasını qeyd edirlər. Bu olayın onlar üçün necə böyük əhəmiyyət kəsb etdiyini bilirəm. Onlar bu klubu 1904-cü ildə qurublar. Klubun hər uğurunu öz uğurları kimi qiymətləndirirlər. Ona görə də bəlkə də həyatlarının ən unudulmaz tətilini keçirirlər. Antalyada, Kəmərdə çox gözəl oteldə onları qəbul edirik. Türkiyə üçün də gözəl bir reklamdı.

* Bu arada onlardan bir çoxunda ay-ulduz döyməsinin olduğunu gördüm. Belə şeylər məni çox sevindirir. Hər biri mənim üçün dəyərlidi. İlk gündən etibarən məni bağırlarına basdılar. Məni daim motivasiyalandırdılar. Bunu onların özlərinə də söylədim. Mənə elə bir sevgi verdilər ki, bu klub üçün gecəmi gündüzümə qatmağa, hər şeyimi verməyə başladım. Sonda da çempion olaraq, arzumuza çatdıq. Daha doğrusu, premyer-liqaya yüksəldik və buna görə də inanılmaz dərəcədə sevincliyik.

* Bəli, premyer-liqaya yüksəlməklə çox ciddi pullar qazanmış olduq. 250 milyon funt sterlinq, yəni 300 milyon avroya yaxın məbləğ qazandıq. Amma məsələ burasındadı ki, rəqiblərimizin mövsümlük büdcəsi 1 milyard avrodan başlayır. Biz elə bir arenaya yüksəlmişik ki, orda nəinki 1-1,5 milyard, hətta 3-4 milyard avro büdcəsi olan klublar var. Biz blkə də gələn mövsüm premyer-liqada ən aşağı büdcəli komanda olacağıq. Demək istəyirəm ki, aldığımız pul böyük görünsə də, premyer-liqada oynamaq üçün elə də böyük üstünlük vermir. Ancaq təbii ki, əsas arzumuza çatmaq inanılmaz bir şeydi. İlk mövsüm üçün yeganə hədəf premyer-liqada qalmaq olacaq. Bunu bacarsaq, növbəti illərdə artıq daim premyer-liqada oynayan bir klub qurmağa çalışacağıq. Mən həmişə deyirəm ki, insanların duaları sayəsində premyer-liqaya yüksəldik. Allah hər birindən razı olsun. Türkiyədə də çox ciddi azarkeş kütləmiz var. Öz ölkəmdən ciddi bir mənəvi güc hiss edirəm.

* Ay-ulduzlu bayrağımızı “Uembli”də görüncə çox qürurlandım. Bunu edən insanlar bunun mənim sayəmdə mümkün olduğunu deyərək xoş arzularını dilə gətirdilər. İnanilmaz dərəcədə xoşbəxt oldum. Həm də bayrağımız “Uembli”yə çox yaraşdı. Həyatımın sonuna qədər unutmayacağım şəkillər və anlar ortaya çıxdı.

* Transfer məsələsində indidən çox ciddi şəkildə çalışırıq. Səhv etmək şansımız yoxdu. Çünki indi edəcəyimiz səhv premyer-liqada bizi yandıracaq. İndiyəqədərki transferlərimizin 80 faizinin uğurlu alındığını düşünürəm. Hər birini ayrı-ayrılıqda araşdırıb incələyirik. Sonda baş məşqçimizin razılığını soruşuruq. Xüsusilə Oliver Makbernidən çox şey gözləyirdik və ümidlərimizi doğrultdu. Ona demişdim ki, 20 qol vursa, sürprizim olacaq. Sürpriz ailəsi ilə birlikdə onu bura dəvət etməkdən ibarət idi. Düzdü, yalnız 18 qol vurdu. Amma ona dedim ki, pley-offun finalında vurduğu qol mənim gözümdə 3 qol dəyərindədi. Ona görə də ailəsi ilə birlikdə Antalyaya dəvət etdim. Çox sevindi. Onu və ailəsini burda şəxsən özüm qəbul edəcəm.

* Hall şəhəri ilə Türkiyə arasında turist mübadiləsini də gücləndirmək, artırmaq istəyirik. Türkiyədən ora, ordan da Türkiyəyə turlar təşkil edəcəyik. Allah icazə versə, turizm sektorunu canlandırmağı düşünürük. Türkiyə futboluna peşəkar yox, sadəcə, həvəskar səviyyədə dəstək verməkdə davam edəcəm. Xüsusilə “Ərzurumspor”a və “Fənərbaxça”ya dəstəyi davam etdirəcəm. Yığma komandamızı da bugünlərdə Mayamidə ziyarət etdim. Hər birinin gözləri yanırdı. Çox gözəl komandamız var. Ən əsası komandada güclü ruh var. Onlara güvənirik. Zatən oyunların bir çoxuna getməyi planlaşdırıram.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-05-2026, 12:0

Acun ''Hall Siti''ni Las Veqasa aparacaq

Dünya futbolu

3-02-2026, 16:0

Acun Ilıcalı oyun gedə-gedə azarkeşlərə zəng vurdu

Dünya futbolu

25-12-2024, 17:0

Acun ''Hall Siti''yə daha bir türkiyəli futbolçu gətirir

Dünya futbolu

2-05-2026, 22:0

Acun Ilıcalının komandası pley-offa vəsiqə qazandı!

Aktual

29-02-2024, 23:0

Acun Ronaldinyoya nə qədər pul verib?

Dünya futbolu

23-05-2026, 20:0

Acun Ilıcalının ''Hall Siti''si premyer-liqada!

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 173
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 161
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə