"Şamaxı" ilə yollarını ayırmış Sezar Henrike Ermənistana yollanıb.
"Football-plus.az" xəbər verir ki, braziliyalı müdafiəçi "Alaşkert"lə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Sezar başa çatan mövsümdə “Şamaxı” formasıyla 33 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.