Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama

13.06.2026 14:45 128
Ölkə futbolu / Aktual
U-21 yığmasının Türkiyədə keçirdiyi yoldaşlıq oyunlarına dəvət olunanlar sırasında italiyalı Lorentso Mezzotero da var idi.

Sirr deyil ki, ölkəmizdə çoxları ona “qol maşını” kimi baxır, nəinki U-21-ə, hətta əsas yığmaya cəlb olunmasının zəruriliyini düşünür. Bəs U-21-in baş məşqçisi Rəşad Eyyubovun bu məsələ ilə bağlı mövqeyi necədi? Doğrudanmı, Mezzotero başqalarından fərqlənir?

“Football-plus.az”ın suallarına Rəşad Eyyubov belə cavab verdi:

“Ümumilikdə gördüklərimdən razı qaldım. Təkcə Lorentsodan yox, debüt edən bütün yeni futbolçulardan məmnun qaldım. Amma istəmirəm ki, Lorentso ətrafında həddən artıq söz-söhbət olsun. Onun milliyə uyğunlaşması və inkişafı vaxt tələb edir. Gözləntiləri həddən artıq artırmağa ehtiyac yoxdu. U-21-də oyunların və rəqiblərin səviyyəsi tam fərqlidi. Burda temp, keyfiyyət və tələbkarlıq daha yüksəkdi. Ona görə də uyğunlaşmaq üçün zaman lazımdı. Fikrimcə, milli komanda ilə bağlı danışmaq üçün hələ tezdi. Bu qərarı milli komandanın baş məşqçisi verəcək. Ən böyük fərq isə məncə mentallıqdı. Bizim futbolçular meydanda özlərini daha cəsarətli göstərməli, daha iddialı olmalı və məsuliyyəti üzərinə götürməkdən çəkinməməlidi”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul