Avram ölkəsinə qayıtdı, çempionla anlaşdı

14.06.2026 12:54 17
Dünya futbolu
Bir neçə gün əvvəl "Araz-Naxçıvan"dan ayrılan Kristian Avramın yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, moldovalı qapıçı ölkəsində çıxış edəcək.

O, "Petrokub"la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Petrokub” 2025/26 mövsümündə Moldova çempionu olub.

Moldova millisinin üzvü olan Avram 2023-cü ildən "Araz-Naxçıvan"da çıxış edirdi.