Millimiz Avropa kubokunun finalında

14.06.2026 20:51 7
İdman
3x3 basketbol üzrə qadın millimiz Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa kubokunda finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, yığmamız seçmə mərhələsdə bu gün yarımfinal oyununa çıxıb. Komanda Kosovo ilə üz-üzə gəlib və 21:5 hesablı qələbə qazanıb.

Azərbaycan millisi finalda İrlandiya - Kipr cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, yığmamız bunadək Kipr (16:10) və Maltanı (15:14) üstələyib.