"Neftçi" çempion oldu

14.06.2026 21:22 12
İdman
Qız basketbolçulardan ibarət “Neftçi” komandası Azərbaycan Basketbol Liqasının U-15 yaş kateqoriyası üzrə 2025/26 mövsümünün qalibi olub.

"Football-plus.az" xəbər verir ki, mövsümü birinci pillədə başa vuran “Neftçi” çempion tituluna sahib çıxıb.

NTD komandası yarışın gümüş, “Sabah” isə bürünc mükafatçısı olub.

Beləliklə, ABL-in U-15 qızlar arasında keçirilən 2025/26 mövsümünə yekun vurulub.