Qadın voleybolçulardan ibarət millimiz bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələdə meydan sahibləri ilə üz-üzə gələcək.
“Pabellon Pedro Ferrandiz” İdman Sarayında keçiriləcək İspaniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Yığmamız ötən gün Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib. İspaniya yığması da ilk görüşündə Şimali Makedoniya üzərində eyni hesabla qələbə qazanıb.